Şok! Gələcəkdə İnternet işıqdan əldə ediləcək

Bu işdə lüminiset və ənənəvi lampalar ötürücülük üçün yaramır

Alman alimləri əmindirlər ki, adi elektrik çıraqları evlərdə və ofislərdə internetin mənbəyinə çevrilə bilərlər.

Mütəxəssislərin fikrincə, məlumatları işıq vasitəsilə ötürə biləcək xüsusi yaradılmış texnologiya daha çox adamın internetə çıxışını asanlaşdıracaq.

Ondan əlavə, bu mənbə lisenziya tələb etməməsi baxımından artıq populyar olan naqilsiz Wi-Fi şəbəkəsinə yaxşı alternativ ola bilər. Təbii məhdudlaşdırıcılar-divar və pəncərələr isə şəbəkəyə icazəsiz qoşulmanın qarşısını ala bilər.

Məlumatların yeni üsulla ötürülməsini işləyib hazırlayanların üzləşdikləri problemlərdən biri odur ki, bu işdə lüminiset və ənənəvi lampalar ötürücülük üçün yaramır. Belə ki, mənbənin titrəməsi (işığın sayrışması) bir neçə dəfə yüksək olmalıdır ki, insan gözü onu hiss etməsin. Bununla belə, həm də yetərincə işıqlandırmanı təmin etsin.