Yəmən hökuməti güzəştə getdi

Yəmən hökuməti müxalifətlə dialoqa hazır olduğunu bildirib.

Tunisdə baş verən inqilabdan və diktator Ben Əlinin devrilməsindən sonra Yəmən müxalifəti də küçələrə çıxaraq hakimiyyət dəyişikliyinə çağırmışdı.

On minlərlə mitinqçi ölkədə korrupsiyaya, yarıtmaz iqtisadi siyasətə qarşı çıxırdı.