Gəncədə abadlıq işləri aparacaq təşkilatlar üçün tender elan edilib

Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov deyir ki, ötən ilin dekabrında tenderdə iştirak edəcək təşkilatların ərizələrinin qəbuluna başlanılıb. Minimum 3 təşkilatın iştirak edəcəyi tender fevralın əvvəlində keçiriləcək.

Birlik indiyədək «Gəncə Körpü Tikinti-2» ASC və Təmir-Tikinti İdarəsi ilə əməkdaşlıq edib. Bu il də həmin qurumlar tenderdə iştirak edəcək.