İordaniyada da üç gündür etiraz aksiyaları gedir

İordaniyada cümə namazından sonra minlələrlə adam küçələrə çıxaraq siyasi və iqtisadi islahatlar tələbilə etiraz aksiyası keçirib. Onlar həmçinin hökumətin istefasını tələb ediblər.

Paytaxt Əmmanın küçələri ilə nümayiş keçiriən aksiya iştirakçıları Misirdə keçirilən nümayişlərə dəstək şüarları səsləndirib.

Polis İordaniyanın Irbid və Karak şəhərlərində də Müsəlman Qardaşları təşkilatının çağırışlarına cavab olaraq etiraz aksiyaları keçirilib.

Artıq üçüncü gündür ki, İordaniyada hökumət əleyhinə aksiyalar keçirilir. Kral II Abdulla ölkədə bəzi islahatların aparılacağına söz verib.