Human Rights Watch Qırğızıstanı tənqid edib

Human Rights Watch təşkilatı qırğızıstanlı hüquq müdafiəçisinin taleyindən narahatdır.

Təşkilat Ali Məhkəməni Qırğızıstan vətəndaşı olan 8 etnik özbəyin işinə yenidən baxmağa çağırıb. Onlar ötən ilin yayında kütləvi qarışıqlıqda iştirakda ittiham olunur.

Tutulanlardan biri tanınmış hüquq müdafiəçisi Əzimcan Askarovdur.

8 nəfər ölkənin cənubunda etnik qarşıdurma zamanı bir polisin öldürülməsi və bir neçəsinin yaralanmasında iştirakda təqsirli bilinib. Etnik özbəklər həbsxanada daim döyüldüklərini və hədələndiklərini iddia edirlər.