Matthew Bryza iki həftə ərzində Azərbaycana gələcək

Matthew Bryza

Matthew Bryza

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Matthew Bryza yaxın iki həftə ərzində Bakıya gələcək.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib.

O qeyd edib ki, yeni səfirin Azərbaycana gəlməsi barədə ABŞ-ın Dövlət Departamenti dəqiq tarix açıqlamayıb:

“Biz hələ Matthew Bryza-nın nə vaxt gələcəyi barədə dəqiq tarix deyə bilmərik. Gözlənilir ki, o, yaxın iki həftə ərzində Bakıya gələcək”.