Cavanşir Quliyevin mahnılarından ibarət 4 cildlik nəşr edilib

«Apostrof» nəşriyyatında bəstəkar Cavanşir Quliyevin mahnılarından ibarət 4 cildlik nəşr edilib.

Bəstəkarın ən yaxşı 300 mahnısının daxil olduğu nəşrdə, notlardan başqa, içində MP 3 formatında səs faylları olan CD disklər də var.

C.Quliyevin mahnıları nəşrdə tanınmış Azərbaycan müğənnilərinin ifasında verilib. Hər cildin 400 səhifə not mətni var. Not mətnində fortepiano və vokal partiyaları yazılıb.