İndiki prezident qalib oldu

Bazar günü Portuqaliyada prezident seçkisi keçirilib. Seçkidə indiki dövlət başçısı Anibal Cavaco Silva qələbə qazanıb. O səslərin 50 faizdən çoxunu yığıb.

Ölkə konstitusiyasına görə, prezidentin elə də böyük səlahiyyətləri yoxdur. Onun qanunlara veto qoymaq və növbədənkənar parlament seçkisi təyin etmək hüququ var.