Piter Semnebi Bakıya iki günlük səfərə gəlir

Piter Semnebi

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi yanvarın 23-də Bakıya iki günlük səfərə gəlir.

Avropa İttifaqının Bakı ofisinin yaydığı məlumata görə, Semnebi səfər çərçivəsində Azərbaycanın hökumət nümayəndələri, ombudsman Elmira Süleymanova və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək.

Xüsusi nümayəndənin rəsmilərlə aparacağı məsləhətləşmələrdə əsas diqqətin regionda və Azərbaycanda gedən son proseslərə yönələcəyi gözlənilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna bildirib ki, Piter Semnebinin bu səfərində nazir Elmar Məmmədyarovla görüşü nəzərdə tutulmayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səfər yanvarın 24-də başa çatacaq.