Sudanın cənubu yekdilliklə müstəqilliyə səs verib

Cənubi Sudanın seçki rəsmiləri bir həftədir davam edən referendumun ilkin nəticələrinə görə əhalinin 99 faizinin müstəqilliyə səsə verdiyini bildirib. İlkin məlumata görə 4 milyon seçicinin 3.14 milyonu Cənubi Sudanın müstəqil olmasını istəyib.

On illərlə davam etmiş qarşıdurmadan sonra Sudanın əsasən müsəlmanlar yaşayan şimalı ilə xristianlar yaşayan cənubu 2055-ci ildə barışıq əldə edib. Bu referendum da həmin barşığın şərtlərindən biridir.