“İnter” - “Zenit” 5:0

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku" turnirində yarımfinal görüşlərinə start verilib. Bakının “İnter” klubu bu mərhələdə “Zenit” klubu ilə qarşılaşıb. "Peterburjski" idman kompleksində keçirilən görüşdə təmsilçimiz rəqibini 5:0 hesabı ilə məqlub edib. Qolları Karlson (2, 15,53), Zlatinov (7) və Əmiraslanov vurub.

Rəqib son Rusiya çempionu olsa da, “Birlik Kuboku”nda əvəzedici heyətlə çıxış edib.

Xatırladaq ki, “İnter” turnirin 1/4 final mərhələsində Ermənistan təmsilçisi “Mika”nı 4:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanmışdı. Çempionumuz “Birlik Kuboku” turnirində bu mövsüm çıxdığı 4 qarşılaşmanın hamısında qələbə qazanıb. Rəqib qapısından 11 qol keçirən “İnter” qapısında hələ ki, qol görməyib.

ANS PRESS/