Əfqanıstanda parlamentin ilk iclası təxirə salınsa da deputatlar yığışmaq istəyir

Əfqanıstanda yeni parlamentin ilk sesiyasının bir ay təxirə salınmasına baxmayaraq deputatlar yanvarın 23-də iclasa yığışmaq fikrindədirlər.

Parlament seçkilərində baş vermiş qanun pozuntularını araşdıran xüsusi tribunal əlavə istintaq üçün 1 ay vaxt istədiyinə görə, hökumət parlamentin ilk sesiyasını 1 ay təxirə salmışdı.

Ölkə qanunlarına görə yeni parlamentin iclasını prezident açmalıdır.