Xodorkovskinin kitabının təqdimatı olub

Moskvada hazırda həbsdə olan Mixail Xodorkovskinin “ Mixail Xodorkovski. Məqalələr. Dialoqlar. Müsahibələr”. adlı kitabının təqdimat mərasimi keçirilib.

20 min nüsxəlik kitabdan gələcək gəlir Xodorkovskinin yaratdığı və valideyinlərinin idarə etdiyi “Podmoskovnıy” litseyinin inkişafına sərf olunacaq.

YUKOS-un keçmiş rəhbərləri Mixail Xodorkovski ilə Platon Lebedev dekabrın sonunda neft oğurluğu və pulyuma ittihamıyla daha 13 il yarım azadlıqdan məhrum ediliblər.

Onlar məhkəmənin yeni qərarından şikayət veriblər.