Tikinti əmanət bankları haqqında qanun qəbul ediləcək

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, bu il Azərbaycanda «Tikinti əmanət bankları haqqında» qanun qəbul ediləcək.

Onun sözlərinə görə, bu qanun qəbul edildikdən sonra ipoteka kreditləri üzrə alman modeli tətbiq ediləcək. Elman Rüstəmov deyir ki, mövcud ipoteka modelinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur:

«Yeni modeldə isə əhalinin əmanətlərinin yığımları vasitəsi ilə ipotekanın verilməsi sistemi yaradılacaq».