«Eurovision-2011»: finalçılar bəlli oldu

«Eurovision 2011» mahnı yarışması may ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək

«Eurovision-2011» milli seçim turunun final mərhələsinə vəsiqə qazanan ifaçıların adları açıqlanıb.

SMS və peşəkar münsiflərin səsverməsi nəticəsində finala bu şəxslər çıxıb:

İlhamə Qasımova, İlqarə İbrahimova, Aynişan Quliyeva, Eldar Qasımov, Nigar Camal.

Fevralın əvvəlində isə onların arasından bir nəfər Azərbaycanı təmsil edəcək ifaçı seçiləcək.

«Eurovision 2011» mahnı yarışması may ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

Azərbaycan təmsilçisi 2008-ci ildə bu müsabiqədə 8-ci, 2009-cu ildə isə 3-cü, 2010-cu ildə isə 5-ci yeri tutub.