Giffordsun sağalmaq ümidi qalır

Seçiciləri ilə görüşərkən başından ağır güllə yarası almış amerikalı konqresmen Gabrielle Giffords süni nəfəs aparatından ayrılıb.

Həkimlər onun vəziyyətinin ağır olduğunu, amma sağalmaq ümidinin qaldığını deyirlər.

Yanvarın 8-də Tuson şəhərində konqresmenə edilmiş silahlı hücum nəticəsində 6 adam ölüb. Konqresmen də daxil olmaqla 14 nəfər yaralanmışdı.