Avropa Parlamenti Belorusdakı vəziyyət müzakirə edəcək

Bu gün Brüsseldə keçiriləcək Avropa Parlamentinin iclasında Belorusdakı vəziyyət müzakirə olunacaq.

Avropa Parlamentinin deputatları rəsmi Minskə qarşı sanksiyaları müzakirə edəcəklər.

Avropa Birliyi dekabrın 19-da Belorusda keçirilən prezident seçkiləri zamanı müxalifətə qarşı olan hücumları pisləmişdi.