Sumqayıtda daha 2 nəfər dəm qazından zəhərlənib

Sumqayıtda iki nəfər eyni gündə dəm qazından zəhərlənib.

ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, yanvarın 14-də Sumqayıt şəhər sakini Turanə Vəliyeva dəm qazından zəhərlənərək xəstəxanaya düşüb.

Eyni gün şəhərin Kimyaçılar qəsəbəsində yaşayan Ramil Səfərov da evində dəm qazından zəhərlənərək xəstəxanaya düşüb.