İranda 5 adam edam olunub

İranda narkotik qaçaqmalçılığı ilə məşğul olan 5 nəfər edam olunub.

Məlumata görə, edam ölkənin qərbindəki Xoramabad şəhərinin həbsxanasında həyata keçirilib.

İran qanunlarına görə, narkotik qaçaqmalçılığı ilə yanaşı, qətlə, xəyanət, silahlı soyğunçuluğa görə ölüm cəzası tətbiq olunur.