Şamaxıda qaz olmayacaq

Yanvarın 14-də saat 09:00-dan 18:00-dək Şamaxı, Çuxuryurd və Mədrəsə açıq qazpaylama stansiyalarında təbii qaz təchizatı dayandırılacaq. Buna səbəb baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar işlərin aparılmasıdır.

Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, həmin müddət ərzində Şamaxı şəhəri, Kərkənd, Mədrəsə, Muğanlı, Mirikənd, Mərcəy, Qaravəlli, Qurdtəpəkənd, Məlhəm, Çuxuryurdkənd, Əngixaran və Pirqulu kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.