Həbsdə olan müxalifət lideri Avropa Məhkəməsinə üz tutur

Rusiyada həbs edilmiş müxalifət lideri Boris Nemtsov Avropa Məhkəməsinə şikayət verib. Vəkili Olqa Mixailova “Exo Moskvı” radiosuna bildirib onlar Avropa Məhkəməsinə yanvarın 10-da müracət göndəriblər.

Baş nazirin birinci müavini olmuş Nemtsov yeni il ərəfəsində müxalifətin icazə verilmiş mitinqində saxlanıb. Onu polisə müqavimət ittihamı ilə 15 dutka azadlıqdan məhrum ediblər. Amma vəkili bildirir ki, Nemtsovun işi ilə bağlı heç formal da olsa, məhkəmə keçirilməyib.

Konstitusiyanın sərbəst toplaşma azadlığının təmin edilməsi barədə maddəsinin icrası tələbilə keçirilən mitinqdə daha üç müxalifət lideri həbs edilib. Onlara da polisə müqavimət ittihamı ilə beş sutkadan, 10 sutkaya qədər həbs cəzası verilib.