Yanvarın 7-də Qərb Sahilində reyd keçirən İsrail əsgərləri səhvən 65 yaşlı kişini öldürüblər.
Hebron şəhərində yoxlama keçirən əsgərlər Fələstin hakimiyyətinin bir gün əvvəl həbsdən azad etdikləri Həmasın altı yaraqlısını həbs ediblər. Onlar bu ilin sentyabrında yəhudi yaşayış məskənlərinə hücuma görə saxlanmışdılar. Qətlə yetirilən 65 yaşlı qoca da həmin adamların gizləndikləri binada yaşayırmış.
İsrail ordusu hadisə ilə bağlı araşdırmalara başladığını bildirir.