Araz Abdullayevin transferi rəsmiləşdi

Araz Abdullayev

Araz Abdullayev artıq yay aylarından «Everton»un əsas heyətində meydana çıxacaq.

Bunu «Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov yanvarın 7-də İngiltərənin «Everton» klubunun rəsmiləri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Yanvarın 6-da Bakıya gələn «Everton» rəsmiləri Araz Abdullayevin transferi məsələsini müzakirə ediblər.

T. Süleymanov bildirib ki, «Everton» məşqçiləri fevralın ikinci yarısından A. Abdullayevə xüsusi məşq keçəcəklər.

Amma müqavilənin müddəti və məbləği açıqlanmır.

«Everton» klubunun baş katibi Devid Harrison deyib ki, onlar Araz Abdullayevi Azərbaycan-Şotlandiya oyununda görüblər və həmin vaxt oyunçunu almağa qərar veriblər.

Klubun İnkişaf Departamentinin rəhbəri Con Mertok isə bildirib ki, A. Abdullayevdən başqa Azərbaycanın 15-18 yaşlı futbolçularından bir neçəsi də «Everton»da məşq edəcək.