Moskvada həbslər davam edir

Yanvarın 6-da Moskvada həbsdə olan siyasətçilərin müdafiəsi məqsədi ilə keçirilən ayrı-ayrı piketlərdə 30-a yaxın adam saxlanıb.

Həmçinin Kirovda eyni məqsədlə piketlər keçirilib.

Dekabrın 31-də saxlanmış siyasətçilər Boris Nemtsov, Eduard Limonov və Konstantin Kosyakin administrativ qaydada 10-15 sutka azadlıqdan məhrum ediliblər.