“Əli və Nino”ya mane olan vergi müfəttişi işdən qovuldu

“Bizə vergi müfəttişi gəlib dedi ki, sizin dükanı 1 həftəlik bağlayacağıq.

Yəni bizdən rüşvət istədilər. Mən dedim ki, bu qanunsuz hərəkətdir və dükan yalnız məhkəmə qərarı ilə bağlana bilər.

Ancaq müfəttiş 2 gün qapıda dayanıb müştəriləri içəri buraxmırdı ki, bura bağlıdır”.

Bunu danışan “Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərli Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Ramil Nəsirlinin qanunsuz həkərlərilə üzləşdiyini və bundan nazirliyə və prezident.az şikayət ünvanladıqlarını deyir.

“Akt yazdıq, akta həm işçilərimiz, həm müştərilərimiz imza atdı. Biz video çəkiliş apardıq həmin hərəkətlə və onu da əlavə edib nazirliyə göndərdik”.

Hadisə dekabrın 24-25-i baş verib və bu hadisədən 2 həftə sonra nazirliyin yanvarın 6-da yaydığı məlumatda bildirib ki, “Əli və Nino” qanunsuz hərəkətlərə yol verən müfəttiş işdən azad edilib.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, “Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Ramil Nəsirlinin "Əli və Nino" kitab mağazalarında yoxlama apararkən pərakəndə ticarət obyektinin qanuni fəaliyyətinə müdaxilə etdiyi, obyektin normal sahibkarlıq fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərini aşdığı, bununla da vergi orqanının adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyi təsdiqini tapıb...

Bu hərəkətlərin "Vergi işçisinin etik davranış kodeksi" ilə bir araya sığmadığı nəzərə alınaraq, vergilər naziri Fazil Məmmədovun əmri ilə R.Nəsirlinin vergi orqanlarında xidmətinə xitam
Nigar Köçərli
verilmişdir" - deyə məlumatda qeyd olunur.

N. Köçərli Vergilər Nazirliyinin bu qərarını alqışla qarşılayıb:

“Çox sahibkarlar inanmır ki, bu cür qanunsuz hərəkətin qarşısını almaq olar.

Məncə çox xoşa gələn hadisədir ki, günahkar adamlar cəzalandırıldı.

Təşəkkür edirəm Vergilər Nazirliyinə və görünür ki, həqiqətən yaxşı dəyişikliklər baş verir.

Bir sahibkar kimi sevinirəm ki, belə bir cavab gəldi”.