İranlı nazir İraqa gedib

İranın yeni XİN Əli Əkbər Salehi İraqda səfərdədir, məqsəd iki ölkə arasında münasibətləri genişləndirməkdir.

İran və İraq 1980-ci illərdə 8 il ərzində müharibə aparıb, hər iki tərəfdən yüz minlərlə adam ölüb.

Səddam Hüseynin sünni hökuməti devriləndən sonra İraqın şiə çoxluğu ilə İran arasında münasibətlər nəzərə çarpacaq qədər yaxşılaşıb.