Avstraliyada su altında qalan şəhərləri xilas etmək ordu da köməyə gedir

Avstraliya hərbi hava qüvvələri şimal-şərqdəki Rockhampton şəhərindəki xilaetmə işlərinə yardım etməyə çalışır. Amma 80 min əhalisi olan şəhər həftəsonundan başlanan leysan yağışları və daşqınlar səbəbiylə tamamilə batmaq üzrədir.

Ümimilikdə ölkənin böyük hissəsi - Fransa və ALmaniya boyda olan Quinland Ştatı su altında qalıb. 200 min nəfər evini təkr etməli olub. Yollar və limamlar dağılıb, ölkənin heyvandarlıq və kömür hasilatına ciddi ziyan dəyib.