Senator Əfqanıstanda ABŞ-ın daimi hərbi bazasını saxlamağı təklif edir

ABŞ-da Respublikaçılar Partiyasının nüfuzlu senatorlarından olan Lindsay Graham Əfqanıstanda daimi hərbi baza saxlamağı təklif edir. Senator NBC telekanalına müsahibəsində deyib ki, Əfqanıstanda bir neçə belə daimi hərbi hava bazasının yaradılması həm ABŞ-ın, həm də Əfqanıstanın xeyrinə olardı.

Senator hesab edir ki, Əfqanıstanın bir daha da terrorçu qrupların əlinə düşməməsi üçün bu ölkə ilə daimi əlaqələrin qurulması vacibdir.

Prezident Barak Obama ABŞ qoşunlarının gələn ildən Əfqanıstandan çıxarılmasına başlamaq, 2014-cü ildə isə bu ölkədə təhlükəsizliyə nəzarəti yerli əfqan qüvvələrinə verməyi nəzərdə tutur.