İran narkotik maddəyə görə 15 nəfəri asıb

İranda narkotik maddə əldə etmək və yaymaqda ittiham olunan yeddi məhbusu asıblar. Dövlət televiziyası adlarını çəkmədiyi bu adamların yanvarın 3-də ölkənin qərbindəki Kermanşah əyalətində həbsxanada asıldıqlarını bildirir.

Dövlət televiziyası yanvarın 1-də Quş şəhərində eyni ittihamla daha səkkiz nəfərin asıldığını bildirir.