Ərzaq mağazasında partlayış olub

Bu gecə Dağıstanın Xasavyurt şəhərində ərzaq mağazasında partlayış olub.

“İnterfax” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, xəsarət alanlar yoxdur. Partlayışın mağazanın yanından keçən elektrik ötürücülərindəki nasazlıq üzündən baş verdiyi bildirilir.

Son vaxtlar bu mağazada üç dəfə belə hadisə olub.