Bağdadda partlayış olub

Bazar günü Bağdadda törədilən hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı, bir mühəndis və şəhər administrasiyasının bir əməkdaşı həlak olub.

Hücum naməlum şəxs tərəfindən həyata keçirilib.

Associated Press agentliyinin xəbərinə görə, keçən ilin dekabrında terror aktları nəticəsində 150 adam həlak olub.