FHN qonşu ölkələrlə birgə təlim keçirəcək

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi qonşu ölkələrin müvafiq qurumları ilə birgə təlimlər keçirəcək.

Bunu jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, bu təlimlər sərhəd bölgələrində baş verə biləcək hadisələrin birgə aradan qaldırılmasına xidmət edəcək.

Nazir bildirib ki, təlimlərin Rusiya, Türkiyə, Belarus və Qazaxıstanla birgə keçirilməsi planlaşdırılır.