ATƏT Macarıstanı yeni KİV qnununa görə müzakirəyə dəvət edir

Macarıstan KİV haqqında mübahisəli qanuna görə ATƏT-in təhlükəsizlik qrupunda müzakirələrə dəvət edilib.

Bu ölkədə yeni qüvvəyə minən qanun dövlət komitəsinə “siyasi balansı gözləməyən, ya da ictimai maraqları pozan” TV, radio və mətbuat orqanlarını cərimələmək səlahiyyəti verir.

ATƏT və başqa beynəlxalq təşkilatlar bu qanunu Avropa Birliyi ölkəsi olan Macarıstanda ictimai debatların qarşısını ala biləcək sənəd kimi tənqid edirlər.