ABŞ uranı Rusiyaya ötürməkdə Ukraynaya kömək edib

Ukrayna ABŞ-ın yardımı ilə təxminən 50 kilo zənginləşdirilmiş uranı Rusiyaya ötürüb. Məlumata görə əməliyyat dekabrın 30-da baş tutub. Təhlükəli yük ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi Agentliyinin xüsusi quraşdırlmış 21 qabında Rusiyaya çatdırıb.

Bu sahədə əməkdaşlığa dair razılaşma aprel ayında prezident Barak Obamanın təşəbbüsü ilə ABŞ-da keçirilən nüvə təhlükəsizliyi konfransında əldə edilib. O zaman Ukrayna prezidenti Viktor Yanukoviç ölkədəki bütün zənginləşdirilmiş uranı geri qaytarmaq qərarına gəldiklərini elan etmişdi.

Razılaşmaya görə bunun əvəzində ABŞ Ukraynaya elmi məqsədlərlə istifadə edilmək üçün zəif zənginləşdirilmiş uran verəcək.