ABŞ Venesuela səfirini ölkədən çıxarıb

ABŞ Venesuelanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib. Bundan əvvəl Venesuela ABŞ-ın bu ölkəyə təyin etdiyi səfiri qəbul etməkdən imtina etmişdi. Cavabında ABŞ da Venesuelanın səfirini dekabrın 30-da ölkədən çıxarıb.

Obama hökumətinin göndərdiyi səfir Venesuela ordusunda ruh düşkünlüyünün olması və Kolumbiya yaraqlılarının bu ölkəyə sığındığını deməsi ilə prezident Huqo Çavesi qəzəbləndirmişdi. Buna görə Çaves ABŞ səfirini ölkəsinə qəbul etməyib.