ABŞ Ukryanda siyasi motivli həbslərdən narahat olduğunu bildirir

Dekabrın 30-da ABŞ-dan yayılan bəyanatda Ukraynada keçmiş yüksək vəzifəli məmurların siyasi mahiyyətli ittihamlarla həbsə atılmasından narahatlıq ifadə olunur.

Bu ilin fevralında prezident seçkisini uduzmuş kemiş Baş nazir Yuliya Timoşenkoya dövlət büdcəsinin düzgün xərclənməməsi ittihamı elan edilib və onun paytaxtdan kənara çıxmasına qadağa qoyulub.

Son aylar onun hökumətinin bir neçə nazirini, o cümlədən keçmiş Daxili İşlər naziri Yuri Litsenkonu da həbs ediblər.

ABŞ hökumətinin bu gün yaydığı bəyanatda qeyd edilir ki, keçmiş yüksək vəzifəli şəxslərin seçmə yolla istintaqa cəlb edilmələri bu prosesin siyasi rəqiblərin sıxışdırılması kimi başa düşülməsinə əsas verir.