Danimarkada redaksiyaya hücumun qarşısı alınıb

Danimarkada Məhəmməd peyğəmbərin karikaturlarını çap eləmiş “Jullands-Posten” qəzetinin redaksiyasına hücuma hazırlaşmaqda şübhəli bilinən 4 nəfər həbs olunub.

Xüsusi xidmətin məlumatına görə, onlardan 3-ü İsveç vətəndaşıdır və Danimarkaya çərşənbə gününə keçən gecə gəliblər.

Danimarka kəşfiyyatı terror aktının qarşısının alındığını deyir.

Əməliyyat İsveç polisinin əməkdaşlığı ilə həyata keçirilib.