Belarusda 10 sutka alanlar azadlığa buraxılır

Belarusda prezident seçkisindən sonra keçirilmiş etiraz aksiyasına görə 10 sutka iş alanlar bu gün azad edilir.

Azadlıq Radiosunun müxbiri bu gün 300-ə yaxın adamın azad olunacağını xəbər verir.
Hüquq müdafiəçilərinin məlumatına görə, ümumilikdə bu etiraz aksiyası zamanı 700-dən çox adam həbs olunub.

Prezidentliyə 7 keçmiş namizəd də daxil olmaqla 26 nəfər kütləvi aksiyaların təşkilində ittiham olunurlar.

Onlara 15 il həbs cəzası kəsilə bilər.