Rusiyada An-22 və Tu-95 MS təyyarələrinin uçuşu dayandırılıb

An-22 təyyarəsinin Tula ətrafında qəzaya düşməsindən sonra Rusiyada Tu-95 MS bombardımançı və An-22 təyyarələrinin uçuşu dayandırılıb.

Çərşənbə gününə keçən gecə baş vermiş qəza nəticəsində təyyarədə olan 12 nəfərin hamısı həlak olub.

Bu tipli təyyarələrin mühərrikləri hələ 50-ci illərdə hazırlanıb.

Hərbi ekspertlər bu mühərrikləri köhnəlmiş hesab etsələr də onlar hələlik yeniləri ilə əvəz olunmayıb.

Qəzayla bağlı cinayət işi qaldırılıb.

Versiyalardan birinə görə qəzaya səbəb mühərrikin dayanması olub.