Seçki cinayətləri üzrə tribunal yaradılır

Əfqanıstan prezidenti Həmid Karzayi sentyabr ayında keçirilmiş parlament seçkisində saxtalaşdırma iddialarının araşdırılması üçün xüsusi tribunalın yaradılması barədə qərarı təsdiqləyib.

Ali Məhkəmənin rəsmisi bildirib ki, gələn həftə araşdırmalara başlayacaq tribunala beş hüquqşünas daxil edilib.

Tribunalın bu araşdırmalarına və uduzan bəzi namizədlərin saxtakarlıq iddialarına baxmayaraq, yeni seçilən parlament yanvarın 20-dən fəaliyyətə başlayacaq.