İsrail yenə Türkiyənin üzr tələbini rədd etdi

İsrailin ultra millətçi Xarici İşlər naziri Türkiyənin üzr istəmək tələbini bir daha rədd edib.

Bu ilin mayında Qəzzaya humanitar yük aparan gəmiyə İsrail əsgərlərinin hücumu nəticəsində səkkiz Türkiyə, bi də Türkiyə əslli ABŞ vətəndaşı qətlə yetirilmişdi. Türkiyə İsraillə əvvəlki dostluq münasibətlərinin bərpası üçün Təl-Əvivin bu hadisəyə görə rəsmən üzr istəməsini tələb edir.

Amma İsrailin Xarici İşlər naziri Avigdor Lieberman dekabrın 27-də bir daha bildirib ki, “terroru dəstəklədiyi üçün əsl üzr istəməli olan Türkiyənin özüdür.”

Bundan dərhal sonra İsrail Baş naziri Benjamin Netanyahu öz Xarici İşlər nazirinin ifadələrini rədd edib, bildirib ki, bunlar Liebermanın şəxsi düşüncələridir.