Qırğızıstanda yeni yaradılan koalisiya hökumətinin başçısı, baş naziri Almazbek Atambayev rusiyalı həmkarı Vladimir Putinlə müzakirələr üçün Moskvaya gedib. Atambayev bu vəzifəyə dekabrın əvvəlində seçilib. Bu, onun, Baş nazir kimi ilk xarici ölkə səfəridir.