Nazarbayevin prezidentlik müddəti 2020-ci ilə qədər uzadılır

Qazaxıstanda Mərkəzi Seçki Komissiyası prezident Nursultan Nazarbayevin səlahiyyət müddətinin 2020-ci ilə qədər uzadılması barədə onun tərəfdarlarının təşəbbüsünü müdafiə etdiyini bildirib.

Bu ayın əvvəlində Nazarbayevin bir qrup tərəfdarı MSK-ya müraciət edərək onun prezidentlik müddətinin uzadılması üçün imza toplamağa icazə istəmişdilər. Həmin imzalarla Qazaxıstanda Nazarbayevin daha doqquz il prezident olması üçün referendum keçirilməlidir.

MSK-nın sözçüsü Reuters agentliyinə bildirib ki, 200 000 imza toplandıqdan sonra referendumun keçirilib-keçirilməməsi barədə Nazarbayevin özü qərar verəcək.

1990-cı ilin aprelindən hakimiyyət başında olan Nursultan Nazarbayevin indiki prezidentlik müddəti 2012-ci ildə başa çatır.