İki partlayış nəticəsində 7 adam ölüb

İraqda baş vermiş iki partlayış nəticəsində 7 adam ölüb. Partlayış Ramadi şəhərinin mərkəzində eyni vaxtda iki maşında olub. Sükan arxasında intiharçı oturubmuş.

Ölənlərin çoxu polislər olub. 30 adam yaralanıb. Qurbanların sayının artacağı bildirilir.