Pakistanın şimal-qərbində hümanitar yardım müvəqqəti dayandırılıb

Pakistanın şimal-qərbində hümanitar yardım məntəqələri müvəqqəti bağlanıb.

Bu barədə BMT-nin missiyası xəbər verir.

Missiyanın əməkdaşı şənbə günü Bacaur rayonunda törədilmiş terror aktından sonra bölgədəki 4 məntəqənin bağlandığını deyir.

Qeyd edək ki, intiharçının yardım almağa gəlmiş kütlənin arasında özünü partlatması nəticəsində 40-dan çox adam ölüb, onlarla adam isə yaralanıb.

ABŞ prezidenti Barak Obama bu terror aktını ittiham edib.

Həmçinin Əfqanıstan prezidenti Həmid Kərzai İslamabadı cinayətkarları tapıb cəzalandırmağa çağırıb.