Pakistanda atışmada 11 əsgər, 24 yaraqlı öldürülüb

Pakistanın Əfqanıstanla sərhədində dekabrın 24-də baş vermiş atışmada 11 əsgər, 24 yaraqlı öldürülüb. Azı 12 əsgər də yaralanıb.

Pakistan rəsmiləri hadisənin yaraqlıların gecə ordunun beş yoxlama məntəqəsinə hücumu zamanı baş verdiyini bildirirlər.