Səfirliklərdəki partlayışları anarxistlər törədib

Dekabrın 23-də Romadakı İsveçrə və Çili səfirliklərində törədilmiş partlayışa görə məsuliyyəti “Qeyri-formal anarxistlər federasiyası” adlı təşkilat üstünə götürüb.

Bu haqda İtaliyanın Ansa xəbər agentliyi xəbər yayıb.

Partlayışlar səfirliklərə bağlamalarda göndərilib. Nəticədə İsveçrə və Çili səfirliklərinin iki əməkdaşı xəsarət alıb.