Abdulla Gül Barak Obamaya mesaj göndərib

Türkiyə prezidenti Abdulla Gül ABŞ prezidenti Barak Obamanı Osmanlı imperiyası dövründə ermənilərin soyqırımına məruz qalmasını nəzərdə tutan qətnamə layihəsinin səsə qoyulmasının qarşısını almağa çağırıb.

Abdulla Gül bildirib ki, qətnamə layihəsinin nümayəndələr palatasının gündəliyinə salınması ABŞ-Türkiyə münasibətlərinin gələcəyi barədə narahatlıq doğurur.

Həmçinin Baş nazir Rəcəb Tayyib Ərdoğan həftənin əvvəlində Barak Obamaya eyni mesaj göndərib.