BP «Çıraq»da işləri bərpa edib

Xəzərin Azərbaycan sektorunda «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi üzrə operat BP şirkəti «Çıraq» yatağında yerləşən platformadan yüngül neft hasilatını bərpa edib. Bu barədə Trend-ə «BP Azerbaijan»dan deyiblər.

Platformanın işi dekabrın 11-də dayandırılmışdı. Hazırda platformadan hasilat əvvəlki rejimdə - 98 min barelə yaxın - bərpa edilib.

Platformada profilaktik təmir işləri aparılıb.

Profilaktik işlərə görə Bakı-Supsa neft boru kəmərinin işi də dayandırılmışdı.

Digər platformalar, xüsusən «Azəri» və «Günəşli» yataqları və Sənqəçal neft terminalı işini davam etdirir.

«Azəri-Çıraq-Günəşli» layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 34,43 faiz iştirak payı), «ChevronTexaco» (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), «Statoyl» (8,56 faiz), «ExxonMobil» (8 faiz), TPAO (6,75 faiz), «Itochu» (4,3 faiz), «Hess» (2,72 faiz).