İranda zəlzələ olub, 7 nəfər ölüb

İranda 6,5 bal gücündə zəlzələ olub. İlkin məlumatlara görə, 7 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

Mehr xəbər agentliyinin məlumatına görə, zəlzələ Sahraj bölgəsində olub.
Zəlzələnin episentri isə Kirman əyalətindəki Hüseynabad şəhərinin yaxınlığında olub.